Maraqlı

Məşhur idmançı əkiz atası oldu - FOTO

22 İyun 2021 12:29
Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi yamaykalı atlet Useyn Bolt əkiz atası olub.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə 34 yaşlı idmançının özü instaqram səhifəsində yazıb.

O, rəfiqəsi Keysi Bennett, ötən ilin mayında dünyaya gəlmiş qızı Olimpiya Laytninq və yeni doğulmuş iki oğlu ilə fotolarını paylaşıb. Oğlanlara Seynt-Leo və Tander adları verilib.

Useyn Bolt qısa məsafəyə qaçış üzrə 8 qat olimpiya və 11 qat dünya çempionudur. O, idmançı karyerasını 2017-ci ildə başa vurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.