Maraqlı

“Huawei HarmonyOS” sistemli ilk soyuducu təqdim edilib

15 İyun 2021 22:20
Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Midea" şirkəti "Huawei" korporasiyasının "HarmonyOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk soyuducu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "ağıllı" ev" üçün nəzərdə tutulan soyuducu müvafiq funksiyalar təklif edir. Soyuducu istifadəçiləri istənilən vaxt daxildəki yeməklərin təzəliyi barədə məlumatlandırır. Bundan başqa, istifadəçilər seçim üçün çoxlu resept əldə edə bilərlər. Hətta soyuducuda qalan inqredientlər əsasında yemək seçmək mümkündür.

"Midea" "ağıllı" soyuducusu sıfır temperaturlu xüsusi sahəyə malikdir ki, bu da istifadəçilər üçün hazırlanmadan əvvəl ət məhsullarının donunu açmaq zərurətini aradan qaldırır.

"HarmonyOS" sistemli ilk soyuducunun ümumi tutumu 603 litr təşkil edir. Bunun 382 litri müxtəlif soyutma bölmələrindən ibarətdir. Dondurucu kameranın tutumu isə 194 litrə bərabərdir. Bundan əlavə, qurğu yüksək enerji səmərəliliyinə malikdir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, satış sonrası keyfiyyətli xidmət göstəriləcək.

Soyuducunun "Huawei" mağazasında başlanğıc qiyməti 1100 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.