Maraqlı

Yeni “Microsoft Edge” versiyası yenilənmiş parollar meneceri ilə təchiz ediləcək

27 May 2021 22:15
Baxış: 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkətinin mütəxəssisləri "Microsoft Edge" brauzerinin parollar menecerinə yeni funksiyalar tətbiq ediblər. Proqram etibarsız, təkrar istifadə olunmuş və ya oğurlanmış parolları aşkarlayaraq istifadəçini bu barədə məlumatlandıra bilir.

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, parollar meneceri parol oğurlanmayanda, lakin eyni anda bir neçə hesabda istifadə olunaraq istifadəçi informasiyasının təhlükəsizlik səviyyəsini azaltdığı halda da istifadəçiləri xəbərdar edəcək.

Mütəxəssislərin sözlərinə görə, "Microsoft Edge 91" versiyasından başlayaraq hansı parolların etibarsız olması və ya bir neçə hesabda istifadə olunması barədə məlumat veriləcək. Bu, istifadəçilərə həmişə internetdə təhlükəsizlik səviyyəsi barədə məlumatlı olmağa imkan verəcək.

Yeni funksiyalar, həmçinin hesab məlumatlarını müxtəlif kriterilər, məsələn, əlifba ardıcıllığı üzrə filtrasiya etməyə şərait yaradacaq.

"Microsoft" şirkətinin "yol xəritəsi"nə görə, brauzerin yenilənmiş parollar menecerinə malik yeni versiyası mayın sonunadək buraxılacaq. "Microsoft Edge Canary"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.