Maraqlı

“Xiaomi” 12 ölkədə birinci yerə yüksəlib

22 May 2021 20:45
Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Redmi" brendinin baş direktoru Lyu Veybinq Çinin "Xiaomi" şirkətinin 10-dan çox ölkənin smartfon bazarında liderliyə yüksəlməsini açıqlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Xiaomi" qurğularının satışı "Huawei" şirkətinin mövqeyinin kəskin zəifləməsi fonunda artır: bu telekommunikasiya nəhənginin smartfonlarının tədarük həcmi ABŞ tərəfindən tətbiq edilən sərt sanksiyalar səbəbindən azalıb.

Məlumata görə, ötən rübün yekunları üzrə "Xiaomi" şirkəti smartfonların satışına görə 12 dövlətdə - Rusiya, İspaniya, Polşa, Belarus, Ukrayna, Xorvatiya, Litva, Malayziya, Hindistan, Nepal, Myanma və Kolumbiyada birinci yeri tutub.

Qeyd olunur ki, Avropada "Xiaomi" aparıcı smartfon tədarükçüləri arasında ikinci pilləyə yüksəlib. Şərqi Avropaya nəzər yetirildikdə, burada "Xiaomi" ardıcıl ikinci rübdür liderlik edir. Qərbi Avropada şirkət üçüncü mövqedə qərarlaşıb.

Ötən ilin yekunları üzrə "Xiaomi" qlobal miqyasda 146 milyon smartfon satıb. Bu, bir il əvvəlin göstəricisindən 17,5 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.