Maraqlı

Smartfonların işləmə müddətini artıran yeni texnologiya təqdim edilib

18 May 2021 20:10
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yapon alimləri akkumulyatorların işləmə müddətini artıran material ixtira ediblər. Bu isə öz növbəsində daima şarj tələb edən smartfon və başqa cihazların işləmə müddətini artırmağa imkan verəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Yaponiyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutunun (JAIST) tədqiqatçıları yeni ixtiranın müəllifidirlər. Mütəxəssislərin sözlərinə görə, yeni material sayəsində akkumulyatorlar daha gec sıradan çıxır və 5 il istifadədən sonra öz həcminin 95%-ni saxlayır. "Bis-imino-acenaphthenequinone-Paraphenylene" (BP) adlandırılmış yeni material artıq yaxın vaxtlarda ənənəvi qrafitdən hazırlanan anodu əvəz edə bilər.

Tədqiqatçılar qeyd edirlər ki, müasir akkumulyatorlar il ərzində öz həcminin 10%-dək itirirlər, buna görə üç il sonra əvvəlki həcminin 70%-dən az hissəsini saxlayırlar ki, bu da bir çox istifadəçilərin yeni texnikaya keçməsinə səbəb olur. Bu problem elektrik avtomobilləri üçün daha aktualdır. Yeni texnologiya batareyaların işləmə müddətini artıracaq ki, bu da həm istehsalçılara, həm də alıcılara fayda gətirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.