Maraqlı

İsraildə 3D printerdə canlı ürək çap edildi - Tibdə ilk

17 May 2021 20:15
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təl-Əviv universitetinin alimləri dovşan ürəyi ölçüsündə kiçik canlı ürək çap etməyi bacarıblar.

Milli.Az xəbər verir ki, ürək insan ürəyi toxumasından alınıb. Hələ ki, o mini ölçüdədir. Amma yaxın gələcəkdə insan ürəyi ölçüsündə çap edilə biləcək.

"Dünyada ilk dəfə laboratoriyada müasir tibbin qarşısında duran daha bir tapşırıq uğurla baş tutdu: 3D printerdə canlı ürək cap edildi. Bu tədqiqat gələcəkdə insanların ürək köçürülməsi üçün donor orqan gözləməsini aradan qaldıracaq.

Ürəyə ehtiyacı olan xəstələr üçün elə xəstəxanadaca printerdə orqan cap ediləcək. Bunun üçün hər xəstənin öz ürəyinin kiçik toxumasından istifadə edilə bilər". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.