Maraqlı

Ucuz “Honor Tab X7” planşeti təqdim edilib

13 May 2021 20:15
Baxış: 465
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Honor" şirkəti ucuz "Honor Tab X7" planşet kompüterini təqdim edib. Yeni qurğu ön panelin 80 faizini əhatə edən 1280 х 800 pikselli 8 düymlük "IPS" ekranla təchiz edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, aparat platformasının əsasını "MediaTek MT8768T" birkristallı sistemi təşkil edir. Operativ və quraşdırılmış yaddaş tutumu müvafiq olaraq 3 və 32 giqabayta bərabərdir. Qurğunun "Wi-Fi" versiyası 140 dollar dəyərində qiymətləndirilib. "LTE" modemi ilə təchiz edilən variantın qiyməti 185 dollardır. Lakin yaddaş tutumuna görə onlar fərqlənmir.

"Honor Tab X7" planşeti "Magic UI 4.0" interfeysi, 2 meqapikselli ön və 5 meqapikselli əsas kamera, eləcə də videoya baxılma zamanı 10 saatlıq avtonomluğa malik 5100 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.