Maraqlı

Clubhouse-un loqosundakı yeni sima kimdir?

11 May 2021 22:10
Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-in ilk rübündə həyatımıza daxil olan və an zamanlı səsli söhbət otaqları qurmağı təmin edən Clubhouse-un ən ikonik xüsusiyyətlərindən biri sabit bir loqodan istifadə edilməməsi olub. Clubhouse platforma ikonu olaraq öz loqosunu dizayn etmək əvəzinə sənətçi üzlərindən istifadə edir.

Son yenilik ilə platformanın ikonundakı yeni sima aktivist, sənətçi Drue Kataoka olub.

Drue Kataoka kimdir?

Platforma ikonlarında sənətçi rəsmlərindən istifadə edən Clubhouse bu ay yeni loqosu olaraq bir səs sənətçisi və aktivist Drue Kataoka-yı seçib. Lavi sənəti ilə tanınan Kataoka əslən yapon mənşəlidir. 5 yaşına qədər Yaponiyada yaşayan Kataoka, daha sonra ailəsi ilə birlikdə Kaliforniyaya köç edib. Lisey təhsilini Sacred Heart School-da, universitet təhsili isə Stanford Universitydə alıb. Atası politoloq, anası isə Stanford University-də kommunikasiya bölməsində mühazirəçi idi. Bu, təsirlər nəticəsində Drue Kataoka öz fikirləri ilə birlikdə böyümək imkanı əldə edib.

Drue, təkcə sənəti ilə deyil, siyasi şərhləri ilə də tanınır. Bu çalışmaları ona 2012-ci ildə Davosda keçirilən Dünya İqtisadi Forumunun zirvəsində Gənc Qlobal Lider adını qazandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.