Maraqlı

"Ginnesin Rekordlar Kitabı"na düşən "çaydan"

5 May 2021 23:15
Baxış: 1 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində çaydan şəklində hazırlanmış "Wuxi Wanda" sərgi mərkəzi rəsmi olaraq dünyanın ən hündür gil çaydanı kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hündürlüyü 38,8 metr və diametri 50 metr olan bina çərçivənin lazımi əyriliyini təmin edən alüminium təbəqələrlə örtülüb. Bundan əlavə, binanın üç mərtəbəsinin hər biri öz oxu boyunca fırlanır.

"Wuxi Wanda" mərkəzinin ziyarətçiləri sərgi salonlarından başqa, su parkı və burada quraşdırılmış attraksiondan da istifadə edəcəklər.

"The Wanda Group" şirkətinin inşa etdiyi bina 6,4 milyard dollara (40 milyard yuan) başa gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.