Maraqlı

KOVID-19 ağır formasna qarşı D vitamini faydasız hesab edilib

6 May 2021 22:20
Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb həkimləri yüksək dozada D vitamininin orta və ağır KOVID-19 xəstələrinin vəziyyətini yaxşılaşdırmağa qadir olmadığı qənaətinə gəlib. Randomizə edilmiş, plasebo (yan təsiri olmayan, dərmanı imitasiya edən vasitə) nəzarətli sınaqda, iki qrupa bölünmüş 240 koronavirus xəstəsi iştirak edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, iştirakçıların bir qrupu, fıstıq yağı içərisində olan 200.000 beynəlxalq vahid dozada D3 vitamini qəbul edib. Nəzarət qrupuna fıstıq yağı görünüşündə plasebo verilib. Bütün xəstələr antibiotiklər və iltihab əleyhinə dərmanlar daxil olmaqla, standart müalicə kursu keçib. Tədqiqatın əsas məqsədi, xəstəxanada qalma müddətini potensial olaraq azalda bilən D vitaminini yoxlamaq olub. Bununla birlikdə, alimlər bunun reanimasiya şöbəsinə müraciət, intubasiya və ya ölüm riski üzərindəki təsirini də qiymətləndirib. Şiddətli KOVID-19 olan xəstələrdə yüksək dozada D vitamini istifadə etmək üçün heç bir əsas olmadığı ortaya çıxıb, ancaq bu, vitaminin daimi qəbulundan heç bir müsbət təsir olmadığı anlamına gəlmir. Mütəxəssislərin fikrincə, yaşlılarda və osteoporoz kimi xroniki xəstələrdə D vitamini səviyyəsi millilitr qan hesabına 30 nanoqramdan çox olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.