Amerikalı alimlər insultdan sonra reabilitasiya üçün implant hazırlayıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı alimlər işemik insultdan sonra insanlara əllərin hərəkətliliyini bərpa etməyə imkan verən implant hazırlayıblar.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən implant "MicroTransponder" şirkəti tərəfindən hazırlanıb. "Vivistim" adlı qurğu boyun nahiyəsinə bərkidilir. İmplantın ölçüsü kibrit qutusu boydadır.
Layihənin müəllifləri bildiriblər ki, implant başdan qarın boşluğunadək uzanan siniri stimullaşdırır. Fiziki reabilitasiya zamanı implant beynin müəyyən sahələrinə ötürülən elektrik siqnalları göndərir. Bunun nəticəsində beynin hərəkəti daha yaxşı yadda saxlamasına kömək edən vacib kimyəvi maddələr (neyromediator) xaric edilir. Bundan başqa, belə təsir neyron zəncirlərini möhkəmləndirir.
Araşdırmalar nəticəsində məlum olub ki, "Vivistim" insultdan sonra fizioterapiyanın səmərəliliyini xeyli yüksəldir. Qurğunun tətbiqi yan təsirlərə səbəb olmur. Xəstə üçün elektrik impulsları boğazda sancma kimi hiss olunur və bu, zamanla keçib gedir.
İmplantın sınaqlarında Böyük Britaniya və ABŞ-dan 108 insan iştirak edib. Onları iki qrupa bölüblər: bir qrupa "Vivistim"in işçi variantı, digər qrupa isə sıfır ardıcıllıqlı cərəyana malik implant quraşdırılıb. Paralel olaraq fizioterapiya aparılıb. 6 həftəlik ambulator müalicə və əlavə olaraq evdə 90 günlük müalicədən sonra birinci qrupdan olan insanların 47%-də əhəmiyyəli irəliləyiş qeyd alınıb. İkinci qrupda bu göstərici 25% təşkil edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
XƏBƏR LENTİ
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı - (Foto)
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı





