Maraqlı

Dələduz Android tətbiqləri aşkarlandı

24 Aprel 2021 23:20
Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dələduzlar milyona yaxın Android cihaza xüsusi proqram təminatı quraşdırıblar və həmin proqram təminatı reklam baxışlarını imitasiya edərək bunun üzərindən pul qazanmağa şərait yaradıb. Bu barədə məlumatı kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Human adlı şirkətin mütəxəssisləri veriblər. Mütəxəssislər aşkar ediblər ki, Google Play-də olmuş 29 tətbiq Android cihazları bir növ Smart TV televizorlarına çevirib və gündəlik 650 milyon reklam sorğusu imitasiya edib. Daha sonra dələduzlar reklam verənləri həmin reklam baxışlarının doğruluğuna inandıraraq onlardan ödənişlər alıblar.

Əslində isə həmin reklam baxışları mövcud olmayıb. Həmçinin məlum olub ki, Roku adlı şirkətin məhsulları üçün nəzərdə tutulmuş tətbiqlər mağazasında olmuş 36 tətbiq də sözügedən dələduzluq sxeminin bir hissəsi olubmuş. Dələduzlar reklam baxışlarının imitasiyası üçün Flash Light, Mobile Screen Recorder, Sling Puck 3D Challenge və digər tətbiqlərdən istifadə ediblər. Onların bu üsul ilə nə qədər vəsait qazandıqları barəsində məlumat verilməyib. Aşkar edilmiş bütün tətbiqlər online platformadan silinib və əldə olunmuş məlumatlar hüquq-mühafizə orqanlarına təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.