Maraqlı

Polisdən qurtulmaq üçün dediyi qondarma ad başına iş açdı

3 Aprel 2021 08:02
Baxış: 804
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Polisdən qurtulmaq üçün qondarma ad deyən amerikalı başına iş açıb. Belə ki, onun təqdim etdiyi ad federal axtarış siyahısında olan şəxsin məlumatlarına uyğun gəlib. Beləliklə o, həbs olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Miçiqan ştatında baş verib. Polis əməkdaşları sərnişin oturacağında əyilib üzünü fənərlərdən gizlətməyə çalışan kişinin avtomobilini yoxlamağa qərar veriblər.

Yoxlamalar zamanı amerikalıda 26 qram metamfetamin aşkarlanıb. Ondan adını soruşduqda isə məlumatlarının bazaya daxil olmaması üçün ağlına gələn ad-soyadı deyib. Bu isə onun başına daha böyük iş açıb.

Saxlanılan şəxsin əsl adı yalnız barmaq izləri götürüldükdə məlum olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.