Maraqlı

Kriptovalyuta ilə mükafat alan ilk futbolçu – Ronaldu

3 Aprel 2021 21:20
Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın məşhur "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu karyera uğurlarına görə dünyada kriptovalyuta ilə mükafat alan ilk futbolçu oldu. Klub Ronalduya karyerası dövründə vurulan 770 qola görə 770 JUV Fan Token mükafat verdi. JUV FAN TOKEN "Yuventus" klubu tərəfindən 2019-cu ilin dekabr ayında buraxılmışdı və hazırda Binance birjasında 14 dollara ticarət olunur.

JUV tokenlərinə sahib olan "Yuventus" klubunun azarkeşləri gələcəkdə mükafat almaq və klubun fəaliyyəti ilə bağlı "kosmetik qərarlar" (məs: forma rəngi, stadionun musiqisi, günün oyunçusu, klubun yay turları, xüsusi klub hədiyyələri) verilərkən səsvermədə iştirak hüququ qazanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.