Maraqlı

Məşhur şirkət açıqladı - Koronanın müalicəsində yeni dərman

28 Mart 2021 16:01
Baxış: 1 277
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirusa qarşı təsdiqlənmiş ilk peyvənd istehsalçısı "Pfizer" COVID-19 xəstələrinə tətbiq edilə bilən yeni bir dərman istehsalına başladığını açıqlayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, şirkətin açıqlamasında ilk laboratoriya işlərində potensial ümidverici nəticələrin əldə edildiyi bildirilir.

Virusun hüceyrələrdə çoxalmasının qarşısını alacağı gözlənilən dərmanın HİV və Hepatit C kimi digər viral xəstəliklərin müalicəsində də təsirli olduğu deyilir. Şirkət həmçinin erkən mərhələdə koronavirus xəstələrinin müalicəsində istifadə edilə bilən bir başqa dərman üzərində araşdırma apardığını da elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.