Maraqlı

Google masaüstü versiyasına canlı altyazı funksiyasını gəldi

27 Mart 2021 20:50
Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google nəhayət 2019-cu ildə Android versiyasına əlavə edilmiş canlı altyazı xüsusiyyətini "Chrome"un masa üstü versiyasına gətirdi. Bu xüsusiyyət avtomatik olaraq veb saytda səslənən və ya video oxudulanda altyazılar yaradır.

Milli.Az techland.az-a istinadən bildirir ki, hal-hazırda yalnız İngilis dilində olan canlı altyazı xüsusiyyəti ilk dəfə Canary versiyalarında keçən il təqdim edilmişdi. Bütün versiyalara gəlməsi təxminən 1 il sonra oldu.

"Google"un açıqlamasına görə, hazırda Chrome, Windows, Mac və Linux versiyalarında mövcud olan canlı altyazı xüsusiyyəti "ChromeOS"a çox yaxında gələcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.