Maraqlı

Apple iPhone-ları dizayn edən şəxsi məhkəməyə verdi

16 Mart 2021 22:50
Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Texnologiya nəhəngi Apple keçmiş məhsul dizaynerini məhkəməyə verib. Təqsirləndirilən şəxsin şirkətin məxfi sənədlərini oğurladığı və jurnalistlərə sızdırdığı iddia edilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Kaliforniyadakı ABŞ Məhkəməsində açılan iddiada şirkətn  keçmiş işçisi Simon Lancaster və adsız bir jurnalist arasındakı əməkdaşlıq əlaqələrindən bəhs edilib. Apple-ın iddiasına görə, keçmiş əmkdaş gizli faylları toplayaraq mediaya ötürmək üçün müxtəlif şirkətlərlə kontakta girib.

HƏMÇİNİN OXU: Apple-dan 5G üçün böyük yatırım - Çip dizaynı mərkəzi yaradılır

Qeyd edilib ki, Lancaster təxminən 10 ildir,  Apple ilə işləyir. LinkedIn səhifəsindəki məlumatlara görə, MacBook Pro TouchBar, Apple Watch və iPhone cihazlarının hazırlanmasnda iştirak edib. Gələcək hardware cihazları və prototip yenilikləri üçün materialları qiymətləndirib.

Qeyd edək ki. Lancaster hələ bu iddialarla bağlı şərh verməsə də, Apple itdihamlarına davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.