Maraqlı

Yeni “TCL” televizoru təqdim edilib

15 Mart 2021 20:20
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucuz televizorlar və "BlackBerry" və "Alcatel" brendli telefonların buraxılışı ilə tanınan Çinin "TCL" şirkəti "X12 8K Mini LED Starlight Smart Screen" adlı "ağıllı" televizor nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğuda, adından da göründüyü kimi, mikroskopik işıq diodları massivindən istifadəni nəzərdə tutan "Mini LED" sistemi tətbiq edilib. Bu işıqlandırma müstəqil tənzimləməyə malik zonalara bölünmə sayəsində lokal tündləşdirmə texnologiyasını tətbiq etməyə imkan verir.

Yeni televizorda 96 min işıq diodundan istifadə edilib, tənzimləmə zonalarının sayı isə 1920 təşkil edir. Nəticədə eyni anda parlaq işıqlı çalarları və dərin qara rəngi göstərmək mümkün olur.

"X12 8K Mini LED Starlight Smart Screen" televizorunun diaqonal ölçüsü 85 düym təşkil edir. Həmçinin "BT.709" rəng məkanı 157 faiz əhatə olunur. Parlaqlıq 2 min kandel/kvadratmetr, kontrastlıq 10 000 000:1 nisbətindədir.

Yüksək keyfiyyətli görüntü ilə yanaşı, yeni qurğu əla səs keyfiyyətini təmin edir. Belə ki, kinoteatr səviyyəli səsi formalaşdıran 8 kanallı "Onkyo 5.1.2 Hi-Fi" audiosistemi mövcuddur.

Bundan başqa, panelin tərkibinə idarəetmə jestlərini yüksək dəqiqliklə tanımağa imkan verən 48 meqapikselli "3D ToF" kamerası daxildir.

Satışa çıxarılma müddəti barədə məlumat verilməyən "X12 8K Mini LED Starlight Smart Screen" televizorunun təxmini qiyməti 15 min dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.