Maraqlı

Demet 4 milyonluq malikanəsindən FOTO paylaşdı

11 Mart 2021 10:34
Baxış: 1 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə aktiv olan aktrisa Demet Özdemir yeni paylaşımı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, son zamanlar sevgilisi Oğuzhan Koçla fotolarını paylaşan Özdemir, bu dəfə İnstaqram hesabında bahalı malikanəsini nümayiş etdirib. O, 4 milyon lirəyə (891 min 600 manat) aldığı lüks villasının qardirob otağından foto paylaşıb.

Aktrisanın bu paylaşımı sosial mediada müzakirə obyektinə çevrilib. İstifadəçilər Demetin fotosuna bəyəni və şərhlər yağdırıblar.

Qeyd edək ki, Özdemirin milyonluq malikanəsi Zekeriyaköydə yerləşir. Bir neçə otaqdan ibarət geniş ev iki mərtəbəlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.