Maraqlı

Məşhur cütlüyün reportajına 11 milyon ödənildi

8 Mart 2021 13:46
Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahzadə Harri ilə Meqan Marklın aktrisa Opra Uinfriyə verdiyi müsahibələrdən ibarət reportaj  yayımlanacağı "CBS" kanalına baha başa gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Amerika televiziya şirkəti bu materialın yayım haqları üçün Opraya məxsus "Harpo Production"a 7 milyon dollardan (11 milyon 900 min manat) artıq pul ödəyib.

Üstəlik reportaj yayımlanan zaman qısa fasilələrdə verilən reklam çarxları üçün də kanaldan 325 min dollar (552 min 500 manat) tələb edilir.

Məşhur cütlüyün reportajı 11 milyona satılsada, onlara bunun qarşılığında heç bir ödəniş edilmədiyi bildirilib.

Qeyd edək ki, materialda Meqanla Harrinin saray haqqında senssasiya yaradacaq açıqlamalar verdiyi deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.