Maraqlı

Hakerlər Rusiyanın kiber cinayətkarlara həsr olunan forumunu “sındırdı” - T ƏZAD

9 Mart 2021 20:20
Baxış: 550
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir müddət əvvəl "Flashpoint" mütəxəssisləri Rusiyanın ən qədim forumlarından birinin təhlükəsizliyində "çuxur" aşkar ediblər. Naməlum hakerlərin bu "çuxurdan" istifadə edərək  saytı "sındırdığı" məlum olub. Bu, 2003-cü ildə internetin qeyri-qanuni sahələrilə maraqlanan insanların qapalı bir icması kimi açılan "Maza" adlı qaynaqdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, kənar qonaqlar forum üzvlərinin məlumatlarına giriş əldə ediblər. Oğurlanmış məlumatlara istifadəçi identifikatorları, istifadəçi adları, e-poçt ünvanları və ani mesajlaşmalara (Skype, MSN, və s.) bağlantılar daxildir. Ümumilikdə, hakerlər təxminən 2000 istifadəçinin məlumatlarını ələ keçiriblər.

Qeyd edək ki, "Maza"da ünsiyyət üçün əsas mövzular virusların yaradılması/istifadəsi, internet saxtakarlığı, kartlaşdırma və digər qanuni olmayan fəaliyyətlərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.