Maraqlı

Tvitter paylaşımlara "geri al" funksiyasını əlavə edəcək

9 Mart 2021 23:10
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paylaşımı sonradan düzəltmə xüsusiyyəti əksər sosial media platformalarında mövcud olsa da, Tvitterdə yoxdur. İstifadəçilər bu barədə dəfələrlə etiraz etsələr də, nəticəsiz qalıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, platforma "tviti geri al" xüsusiyyətini təqdim edəcək. İddialara görə, yenilik hazırda sınaq mərhələsindədir. Şirkət isə hələlik bu xüsusiyyəti aktivləşdirəcəyi barədə dəqiq  məlumat verməyib.

Buna baxmayaraq, mütəxəssis Jane Manchun Wong Tvitterin yeni xüsusiyyətinin necə işlədiyini paylaşdığı videoda yayımlayıb. Videoda "Tviti geri al" xüsusiyyətinin göndərildiyi zaman bildiriş olaraq görünəcəyi qeyd edilir. Ekranda bir neçə saniyə görünən bildiriş pəncərəsi geri sayım taymeri ilə müşayiət olunur.

Paylaşılan tviti geri qaytarmaq istədikdə  taymer bitmədən ekranda "Geri al" düyməsini vurmaq lazımdır. Lakin, taymer qısa olduğu üçün sürətli hərəkət mütləqdir. Taymer bitmədən "Geri Al" düyməsini basa bilsəniz, göndərdiyiniz tvit heç kim görmədən silinəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.