Maraqlı

Portağaldan elektrik enerjisi alınacaq

2 Mart 2021 08:33
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya şirkəti "Emasesa" portağaldan elektrik enerjisi alınması layihəsinə başlayıb.

Məsələ burasındadır ki, Sevilya küçələrində 50 min portağal ağacı var. Ancaq onların meyvələri acıdır və itkiyə gedir.

Yerli şirkət də bu səbəbdən belə bir layihəyə başlayıb.

Şirkətin nümayəndəsi İspaniya üçün analoqu olmayan layihənin təfərrüatlarından danışıb. Onun sözlərinə görə, portağallar əziləcək, şirədən alınan şəkərdən yüksək metan tərkibli qaz alınacaq. Ondan isə enerji istehsalı üçün istifadə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.