Maraqlı

Demetdən atası ilə bağlı etiraf: "Döyülmək üçün növbə gözləyirdik"

1 Mart 2021 11:03
Baxış: 1 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün sevgilisi Oğuzhan Koçla 29 yaşını qeyd edən aktrisa Demet Özdemir ailəsi ilə bağlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa atasının ona və bacısına qarşı zorakılıq tətbiq etdiyini bildirib:

"Uşaqlıq illərim İzmit şəhərində, kiçik bir qəsəbədə keçib. Balaca evimiz var idi. Anam, atam, bacım və mən orada yaşayırdıq. Əvvəl bacımın ulduzu parıldadı. "Çarkıfelek" verilişinə tamaşaçı kimi gələn zaman şoumen Mehmet Ali Erbillə tanış olmuşdu. Lakin atamdan qorxduğu üçün sənətini davam etdirə bilmədi. Atam bizə qarşı zorakılıq tətbiq edirdi. Ən çox bacım ondan qorxurdu. Atamın qarşısında başımızı əyib, döyülmək üçün növbəmizi gözləyirdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.