Maraqlı

2020-ci ilin ən çox satılan smartfonları məlum olub

27 Fevral 2021 19:55
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Omdia" analitik şirkəti mobil bazarda araşdırma apararaq ötən ilin ən populyar smartfonlarını müəyyənləşdirib. "Apple" şirkətinin istehsalı olan smartfonlar növbəti dəfə reytinqdə ön pillələri tutublar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, analitik şirkət tərəfindən tərtib edilmiş hesabatda satılmış smartfonların sayı, həmçinin cihazların orta qiyməti açıqlanıb. "iPhone 11" smartfonu ən populyar cihaz olub: ABŞ şirkəti 64,8 milyon qurğu satmağa nail olub. Sözügedən smartfonun orta qiyməti 754 dollar təşkil edib.

Orta satış qiyməti 451 dollar, satış sayı 24,2 milyon olan ucuz "iPhone SE" (2020) ikinci yeri tutub. "iPhone 12" ilin ən çox satılmış smartfonlar reytinqində üçüncü yerdə qərarlaşıb.

Orta satış qiyməti 269 dollar, satış sayı 23,2 milyona bərabər olan "Samsung Galaxy A51" smartfonu 4-cü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.