Maraqlı

“Word” redaktorunda mətni şifrləməyin asan üsulu açıqlanıb

18 Fevral 2021 22:50
Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Business Insider" nəşri "Microsoft Word" redaktorunda mətn faylını şifrləməyin asan üsulu haqqında məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, müəllifin qeyd etdiyi kimi, şifrləmə funksiyası məxfi informasiya ilə iş vaxtı sözügedən redaktordan istifadə edənlər üçün faydalıdır. Bu proses olduqca asandır.

"Word" redaktorunda lazım olan faylı açmaq, "Fayl" vərəqinə keçmək, "Məlumatlar" bölməsindən "Sənədin qorunması" bəndini və açılan pəncərədən "Parolla şifrləmə" bəndini seçmək lazımdır. Bundan sonra ekrana çıxan pəncərədə parol daxil etmək, daha sonra onu təsdiq etmək lazımdır.

Bu prosedurdan sonra həmin fayl yalnız düzgün parol daxil edildikdən sonra açıla bilər. "Business Insider" nəşri xatırladıb ki, parol unudulduqda onu bərpa etmək mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.