Maraqlı

Starlink-in 60 peyki kosmosa göndərildi

18 Fevral 2021 22:10
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "SpaceX" şirkəti "Falcon 9" raketdaşıyıcısı vasitəsilə "Starlink"in 60 mikropeykinin buraxılışını həyata keçirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan buraxılış yerli vaxtla saat 22:59-da baş tutub.

"SpaceX"ın əməkdaşları bu dəfə "Falcon 9" elementini Atlantik okeanındakı üzən "Of Course I Still Love You" platformasına geri qaytara bilməyiblər. Bu texnologiya şirkətə növbəti daşıyıcı buraxılışları zamanı xərcləri azaltmağa imkan verir.

"Starlink" şəbəkəsi Yerətrafı orbitdə çəkisi 500 kiloqramadək olan çox sayda kiçik aparatlar yerləşdirməklə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. "SpaceX"in qiymətləndirməsinə görə, ümumilikdə 11 min peykin buraxılışı və onların istifadəyə verilməsi 10 milyard ABŞ dollarına başa gələcək. Xatırladaq ki, 2019-cu ilin may ayında "Starlink"in ilk 60 aparatı kosmosa göndərilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.