Maraqlı

“Microsoft” korporasiyası “iPadOS” planşeti üçün “Office” proqramını təqdim edib

18 Fevral 2021 22:15
Baxış: 517
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Microsoft" şirkəti "Apple"ın planşetləri üçün universal "Office" proqramını təqdim edib. "Word", "Excel" və "PowerPoint"i özündə birləşdirən yeni versiya "iPadOS" üçün tamamilə optimallaşdırılıb, bölünmüş ekran (Split View) rejimini, həmçinin klaviatura və "maus"u dəstəkləyir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yenilənmiş "Office" indi "iPadOS" üçün universal proqramdır. Bir neçə yeni alət əlçatan olub: istifadəçilər PDF faylları yarada və imzalaya, şəkilləri mətn və cədvəllərə çevirə, həmçinin "Paylaşmaq" menyusundakı sənədləri tez bir şəkildə redaktə edə bilərlər.

"Office" mobil proqramının yeni versiyası artıq "App Store" mağazasında əlçatandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.