Maraqlı

Türkiyəli model: “Ərim narkotik istifadə edir və məni döyür” - FOTO

14 Fevral 2021 09:18
Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli model Elif Ece Uzun ərinin ona zor tətbiq etməsi barədə məhkəməyə müraciət edib.

Milli.Az xəbər verir ki, o, əri Mehmet Tuşun ona dəfələrlə fiziki zorakılıq tətbiq etdiyi deyib.

Türkiyəli model eyni zamanda, Mehmet Tuşun narkotik istifadə etdiyini də bildirib.

Model əri ilə eyni evdə yaşadığına görə həyatının təhlükə altında olduğunu qeyd edib.

İddia ərizəsində qorxu və narahatlıq keçirən Elif Ece Uzunun məhkəmə tərəfindən qorunması istənilib.

Məhkəmə Mehmet Tuşun iki ay ərzində Ece Uzuna yaxınlaşmaması barədə qərar verib. O, qərara əməl etməsə, 3 gündən 10 günə qədər həbs cəzasına məhkum edilə bilər. (oxu.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.