Maraqlı

Məmurların Zoom konfransında zamanı porno nümayiş olundu

13 Fevral 2021 08:11
Baxış: 1 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-Yorkun şəhər şurasının onlayn iclası zamanı ekranda porno görüntülər peyda olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə məmurların Zoom konfransının gedişində baş verib.

Şəhər şurasının nümayəndələri səhiyyə işçilərinin irqi və gender ayrıseçkiliyindən müdafiəsi mövzusunu müzakirə etdikləri zaman ekranın bir küncündə porno çarxlar görünməyə başlayıb. Müzakirələrin 20-ci dəqiqəsinə təsadüf edən bu hal iclas iştirakçılarının qəzəbinə səbəb olub.

İki dəqiqə ərzində porno görüntülərin ekrandan yığışdırılmasının mümkün olmadığını görən tədbir iştirakçıları konfransı tərk ediblər. Beş dəqiqə sonra isə iclas yenidən bərpa olunub.

Hadisədə hakerlərin əli olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.