Maraqlı

Apple-dan daha bir ilk - REKORD QAZANC

2 Fevral 2021 21:55
Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple şirkəti bir maliyyə rübündə ilk dəfə 100 milyard ABŞ dollarından çox qazanc əldə edib.

Milli.Az ted.az-a istinadən bildirir ki,  Apple 2021-ci ilin birinci rübünün maliyyə hesabatında 111,4 milyard ABŞ dolları gəlir əldə edib. Bu, şirkətin ən yüksək gəlir rübü olub.

Satışların keçən ilin eyni dövrü ilə müqayisədə 21% artdığı qeyd olunur.

Daha əvvəl bildirilib ki, Apple şirkəti 2024-cü ildə "sıçrayışlı" batareyaların texnologiyası ilə təchiz edilmiş sərnişin avtomobili istehsal etmək niyyətindədir.

Şirkət hələ 2014-cü ildə Project Titan kimi məşhur layihəsi çərçivəsində öz avtomobilini hazırlamaqla məşğul olmağa başlayıb. Şirkət həmin vaxtdan bu sahədə əhəmiyyətli dərəcədə irəliləyib və indi öz müştəriləri üçün avtomobil yaratmaq niyyətindədir. Apple planlarını hələ rəsmən açıqlamayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.