Maraqlı

Huawei-in gəliri təxminən yarıyadək azalıb - SANKSİYALARA GÖRƏ

2 Fevral 2021 23:50
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Huawei şirkəti 2020-ci ilin dördüncü rübündə dünya bazarına 33 milyon smartfon tədarük edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41 faiz azdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu azalmanın səbəbi ABŞ tərəfindən 2019-cu ilin may ayından tətbiq edilən sanksiyalardır.

Belə ki, Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri nəticəsində şirkət Google kimi tərəfdaşla əlaqələrdən məhrum edilərək Android əməliyyat sistemi tətbiqindən kənarlaşdırıldı, həmçinin çip və başqa mühüm parçalar əldə etməklə bağlı böyük çətinliklərlə üzləşərək smartfon istehsalında birinci yerdən altıncı yerə geriləyib. Belə ki, hazırda Huawei dünya smartfon bazarının 8 faizinə nəzarət edir.

Həmçinin 2020-ci ilin dördüncü rübündə Huawei Çində 24,2 milyon smartfon satıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 40 faiz azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory