Maraqlı

Huawei-dən sonra yeni dövr

28 Yanvar 2021 20:20
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honor şirkətinin CEO-su yeni Honor V40 adlı flaqman smartfon modelinin təqdimatı çərçivəsində şirkətin hal hazırki iş prinsiplərindən və gələcək planlarından danışıb. Bu barədə 4pda saytı xəbər verib. Honor CEO-su bildirib ki, hal hazırda şirkətdə 8000-ə yaxın əməkdaş çalışır və onların 50%-i Honor-un tədqiqat şöbələrində yer alıb. Bununla yanaşı o əlavə edb ki, şirkət 5 tədqiqat şöbəsinə, bütün dünya üzrə 100 ədəd innovasiya mərkəzinə, 300-dən çox servis mərkəzinə və 82 ölkə ilə müxtəlif regionlarda 42 call center mərkəzinə sahibdir.

Onun sözlərinə əsasən şirkət öz məhsullarının keyfiyyətlərini əvvəlki səviyyədə saxlamağa davam edəcək. Hər bir yeni məhsul 400-dən çox testdən və 20-dən çox qlobal sertifikatlaşdırma standartından keçəcək. Honor smartfonlarının Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışıb-çalışmayacaqları sualına cavab olaraq o qeyd edib ki, bu, HarmonyOS-in necə inkişaf edəcəyindən asılıdır. Buna baxmayaraq o bildirib ki, şirkətin smartfonları açıq mənbəli koda sahib əməliyyat sistemindən istifadə edəcəklər. Bununla yanaşı Honor CEO-su təsdiqləyib ki, şirkət AMD, Qualcomm, Samsung, Intel, MediaTek, Micron Technology, Microsoft, SK Hynix və Sony kimi qlobal şirkətlər ilə artıq əməkdaşlıq bağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.