Maraqlı

Lanqustinin faydaları

28 Yanvar 2021 08:25
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lanqustin xarici görünüşünə görə lanqusta və omar xərçənginə çox bənzəyir. O çoxayaqlı xərçəngkimilər sinfinə aiddir. Bu dəniz heyvanı narıncı rəngə sahib olur. Onların uzunluqları 15-25 sm ölçüdə, bədənləri dairəvi formada olur. Lanqustinlərin on ayağı və nazik bığcıqları olur. Lanqustinlərə Atlantik okeanı, Aralıq və Şimal dənizlərinin sularında daha çox rast gəlinir. Onlar suyun 45-250 metr dərinliklərində yaşayır, özlərinə sığınacaq tapır və oradan yalnız gecələr çıxırlar. Lanqustinın ətli hissəsi onun quyruğudur, buna görə də qida vasitəsi kimi onun quyruğundan istifadə edirlir.
100 qram lanqustin ətinin qida dəyəri:
- Zülallar - 19,7 qr
- Yağlar - 2,3 qr
- Karbohidratlar - 0
- Su - 77 qr
- Kalori - 98 Kkal.
Faydalı lanqustin ətinin tərkibi təbii yağlarla zəngindir. Onun ətində orqanizm üşün faydalı olan zülallar, fosfor, dəmir, sink, selen və s. elementlər var. 100 qram lanqustin ətində olan yodun miqdarı gündəlik dozadan 33%, maqnium 20%, kalsium isə 10 % çoxdur.
Tərkibində olan minerallar lanqustin ətinin saçlar, dəri və dırnaqlar üçün çox faydalı olduğunu göstərir. Mütəmadi olaraq onunla qidalanmaq görmənin və beyin fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Lanqustin əti yemək sinir sisteminin və immunitetin yüksəlməsinə səbəb olur və orqanizmə antidepressant təsir göstərir. Lanqustin ətinin tərkibi əvəzolunmaz amin turşuları, zülallar və minerallarla zəngindir. Tərkibində olanlar orqanizmin qocalmasının qarşısını alır, orqanizmin xəstəliklərə qarşı olan müdafiə qüvvəsinin artmasına səbəb olur. Lanqustin əti də digər dəniz məhsulları kimi təbii mineral birləşmələrlə zəngindiir. Bu təbii birləşmələr bir çox xəstəliklərin sağalmasını sürətləndirir.
Kosmetologiyada lanqustindən istifadə qaydası
Artıq çəkidən xilas olmaq üçün lanqustun ətindən istifadə etmək çox faydalıdır. Onu yemək iştahanın azalmasına və orqanizmin minerallarla təmin olunmasına səbəb olur. Lanqustin əti ən dietik qidalardandır.
Lanqustinin zərəli xüsusiyyətləri
Lanqustin əti yemək allergiya əlamətlərinin meydana çıxmasına səbəb ola bilir. Dietoloqlar həftə ərzində 2 dəfədən çox dəniz məhsullarından istifadə etməyi məsləhət bilmirlər. Xroniki ürək və damar xəstəliklərindən əziyyət çəkənlərə lanqustinin baş hissəsini yemək məsləhət görülmür. Bunun səbəbi isə tərkibində olan xolesterinin xəstəlik əlamətlərini artıra bilməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.