Maraqlı

Pıtraq haqqında bimədikləriniz

28 Yanvar 2021 08:01
Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pırtaq Astrakimilər fəsiləsinə adiddir. Onun hündürlüyü 50 santimetrə qədər qalxır, kökü möhkəm olub, uzunluğu 1,5 metr dərinliyə qədər gedib çata bilir. Pıtrağın yarpaqları orta ölçüyə malik, dairəvi formada və sadə quruluşa malik olur. Pıtrağın çiçəkləri sadə, tək və beş ləçəkli olur.Onun toxumları zənbil şəklində olur və tikanları isanların paltarlarına və heyvanların tükünə yapışır. Müalicə məqsədilə pıtrağın körpələridən istifadə edir. Bir yaşı bitməmiş pıtraq bitkisinin kökləri müalicə üçün ən çox yararlı hesab edilir. Pıtraq kökünü payız aylarında toplayırlar. Toplanan köklər ərtaf kökcüklərdən təmizlənir, soyuq su ilə yuyulur, hər tərəfinə hava dəymək şərti ilə qurudulur. Qurutmaq üçün ən yaxşı vasitə onu isti havalarda qurumaqdır. Onun qurumuş kökü 25 sm uzunluğunda kəsilir. Kökün daxili solğun, boz rəngdə, mərkəzi isə tünd boz olur. Dəmləməsi isə şirin dada və xüsusi qoxuya malik olur. Qurumuş pıtraq kökünü pambıq parçanın içərisində və ya kağıza bükülü hada saxlamaq lazımdır. Pıtraqdan ilk dəfə Aralıq dənizi sahilləri ölkələrində istifadə edilmişdir. Sonralar isə bütün dünyaya onun faydalı olması xəbəri yayılmışdır. İndi bütün dünyanın hər yerində pıtrağa rast gəlmək mümkündür. O dağlarda, parklarda, həyətyanı sahələrdə, hətta dibçəkdə bitə bilən bir bitkidir. Pıtraq bal verən bitkilərdəndir. Onun tərkibində sterin, polisaxarid inulin, sitosterin və stilmasterin, sərt qətran maddəsi, askorbin turşusu, mineral duzlar, saqqız maddəsi və s. var.
Müalicə məqsədilə əsasən pıtrağın kökündən, bəzi hallarda isə yarpaqlarından istifadə edilir. Pıtrağı podaqra, qastrit və babasil xəstəlikləri zamanı başqa bitki dəmləmələri ilə birlikdə qəbul etmək olur. Pıtraq kökündən tərqovucu, sidikqovucu, maddələr mübadiləsini yaxşılaşdırmaq məqsədilə istifadə olunur. Onun sidik ifrazını stimulyasiyaedici təsiri vardır. Pıtrağı qastrit, mədə yarası, frunkullar, irinli yaralar və qanaxmalar zamanı istifadə edirlər.
Pıtraqdan uzun müddət istifadə etdikdə raxit xəstəliyinin əlamətləri aradan qalxır. Onun dəmləməsi bağırsaq və oynaq ağrılarının azalmasına, şəkərli diabetin əlamətlərinin aradan qalxmasına səbəb olur. Pıtraq yarpaqlarından hazırlanan dəmləmədən öd və sidik kisəsinin daş xəstəliyində geniş istifadə edilir. Ondan bağırsaq möhtəviyyatını yumşaltmaq məqsədilə də istifadə edilir. Pıtraq kökünün dəmləməsini revmatizm xəstəliyi zamanı, qızdırmasalıcı və yaraların sağalması məqsədilə istifadə etdikdə xəstəliklərin əlaməti azalır.
Pıtrağın zərərli və təhlükəli xüsusiyyətləri
Eksperimentlər pıtraq kökünün qaraciyərdə qlikogenin toplanmasına səbəb olduğunu sübut edib. Şəkər xəstələrinə bu dəmləmədən istifadə edərkən həkimləri ilə məsləhətləşmələri tövsiyə edilir.
Hamiləlik və südəmizdirmə dövründə pıtraq dəmləməsindən istifadə etmək məsləhət görülmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.