Maraqlı

Enlibaş(qolavl) balığının faydaları

28 Yanvar 2021 07:51
Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Enlibaş balıq uzunluğu 80 sm, çəkisi isə 5 kiloqrama qədər arta bilən balıq növüdür. Enlibaş balıq əsasən çay sularında yaşayır. Onlar soyuq su hövzələrində yaşayan balıqlardır. Bu balıqlar çaylarda olan tullantılar, həşəratlar və çaylarda olan qidalarla qidalanırlar. Enlibaş balıqlar əsasən çay suyunun üstündə uçan ağcaqanadları tutub yeyirlər.  Enlibaş balığı baş hissəsinin bədəninə nisbətən enli olduğuna görə belə adlandırırlır. Onun başı silindir formasında olur. Enlibaş balığın kürək hissəsi tünd yaşıl ( qaraya yaxın yaşıl)rəngdə olur. Yandan baxanda isə enlibaş balığın dərisi boğunuq sarı rəngdə görünür.
Enlibaş balığın kaloriliyi
Enlibaş balığın ətində çoxlu zülallar var. 100 qram enlibaş balığın ətində 127 kKal var. Artıq çəkidən əziyyət çəkənlərə çoxlu miqdarda enlibaş balıq yemək məsləhət görülmür.
Enlibaş balığın faydalı xüsusiyyətləri
Enlibaş balığın ətində olan qidalandırıcı maddələr əvəzolunmaz dərəcədə faydalı maddələrdir. Onun ətində süzülməmiş yağ turşuları, proteinlər, fosfor, sink, kalsium, dəmir, B və D vitaminləri var. Enlibaş balığın əti çox keyfiyyətlidir. Onun ətinin dadı əksər çay balıqlarının dadından daha yaxşıdır. Bu balıq çox dadlı olmaqla yanaşı, həm də çox sümüklüdür. Enlibaş balıqdan şorba, qızartma və tərəvəzlərlə qarışdırılmış müxtəlif qidalar hazırlanır.
Enlibaş balığın zərərli xüsusiyyətləri
Çoxlu miqdara enlibaş balıq yemək B1 vitaminin orqanizm tərəfindən sorulmasının qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.