Maraqlı

“Google” gözlənilmədən iddialı layihəsinin fəaliyyətini dayandırıb

26 Yanvar 2021 20:30
Baxış: 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Alphabet" (Google) şirkəti hava şarlarının köməyi ilə internetə simsiz qoşulma yaratmağı hədəfləyən "Project Loon" layihəsinin fəaliyyətini dayandırır. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, layihənin baş direktoru Alaster Vestqart bu qərarı şirkətin lazımi sayda tərəfdaş və investor tapa bilməməsi ilə izah edib. Bundan başqa, sözügedən layihə uzunmüddətli və dayanıqlı biznes qurmaq üçün öz xərclərini minimumadək azaltmağa nail ola bilməyib.
 
"Project Loon" layihəsi hələ ötən il uğurla sınaqdan keçirilib. Məsələn, Keniyada istifadəyə verilmiş 35 hava şarı yerli mobil rabitə operatorunun şəbəkələrində işləyib. Hər bir hava şarının əhatə dairəsi 80 kvadrat kilometr təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.