Maraqlı

“Google” servisli ilk “Honor” smartfonu məlum olub

26 Yanvar 2021 08:51
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" servislərinə malik ilk "Honor" smartfonu "V40" modeli olacaq. Bu barədə "Mobiltelefon" nəşrinin mənbələrə istinadən məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, blogerlərin məlumatına görə, "Honor V40" (Avropada V40 View adlanacaq) şirkətin ABŞ sanksiyaları aradan qaldırıldıqdan sonra ilk smartfonu olacaq. Qurğu "Google" servis və proqramlar paketi ilə təchiz ediləcək. Jurnalistlərin fikrincə, smartfonun buraxılışının dekabrdan yanvara keçirilməsi məhz bu faktla əlaqədardır.

Bildirilir ki, smartfonun nümayişi yanvarın 22-də Çində keçiriləcək. Qlobal təqdimatı bir müddət sonra baş tutacaq qurğunun Avropada yazda satışa çıxarılacağı gözlənilir.

"Honor V40" smartfonu 120 giqahers yeniləmə tezlikli 6,72 düym diaqonallı "AMOLED" ekran, "MediaTek Dimensity 1000 " prosessoru ilə təchiz olunacaq. Smartfonun arxa panelinə 50 meqapikselli əsas obyektivə malik üçlü əsas kamera, ön panelinə isə 32 və 16 meqapikselli qoşa ön kamera quraşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.