Maraqlı

“Face ID” sisteminin əsas problemi həll edilib

26 Yanvar 2021 08:01
Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "iPhone" smartfonlarında "Face ID" sisteminin əsas problemini həll edib. Bu barədə "PatentlyApple" nəşrinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ şirkəti tərəfindən qeydə alınan patentləri izləyən nəşr növbəti "Apple" ixtirasına diqqət yetirib. Yanvarın 19-da ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) dərc etdiyi müraciətdə yeni nəsil biometrik sensorun yaradılması barədə söz açılıb. Sənəddə qeyd olunub ki, yeni "Face ID" versiyasının əsas xüsusiyyəti smartfon istifadəçisinin istilik xəritəsinə görə identifikasiyası funksiyası olacaq.

Məlumata görə, funksiya istifadəçinin sifətinin virtual surətini maksimum ətraflı yaratmağa imkan verəcək. Yeni "Face ID" versiyası "iPhone" sahibini onun sifəti eynək, şərf və ya qoruyucu maska ​​ilə örtüləndə də effektiv şəkildə müəyyənləşdirəcək. Jurnalistlər qeyd edib ki, istilik xəritəsinin yaradılması funksiyası "Face ID" sensorunu smartfon istifadəçisinin sifətinin çox vaxt maska ilə bağlı olduğu pandemiya dövründə daha faydalı edəcək.

Qeyd edək ki, "Face ID" biometrik sensoru "Apple" smartfonlarına 2017-ci ildə "iPhone X" modelinin buraxılışı ilə eyni vaxtda quraşdırılmağa başlayıb. Hazırda sistem 2020-ci ilin yazında təqdim edilən "iPhone SE" istisna olmaqla, bütün aktual "Apple" qurğularına quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.