Maraqlı

Andiçmədəki çıxışı gündəm oldu - Ledi Qaqa, Tom Hank, Cennifer Lopez... - VİDEO

21 Yanvar 2021 12:59
Baxış: 2 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın 46-cı Prezidenti Co Baydenin andiçmə mərasimində dünyaca məşhur simalar da yer alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rəsmi hissədən sonra səhnəyə çıxan Ledi Qaqa çıxışı ilə gündəmi zəbt edib.

Belə ki, dünyaca məşhur eksdravaqant pop ulduz ABŞ milli himnini oxuyub. Canlı ifa qısa müddətdə sosial şəbəkələrdə paylaşılıb. Çıxışdan sonra Qaqa Bayden və xanımına təşəkkür edib. 

"Celebrating America" adı verilən konsertin aparıcısı Tom Hank olub. Gecənin digər parlaq siması Cennifer Lopez "This land is your land" mahnısını ifa edib.

Amanda Gorman isə açılış mərasimində çıxış edən ən gənc şair olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.