Maraqlı

Tədqiqatçılar koronavirusun görüntüsünü çəkdi

22 Yanvar 2021 20:14
Baxış: 553

Avstriyalı alimlər ilk dəfə koronavirusun fotosunu çəkməyə müvəffəq olub.

Milli.Az xəbər verir ki, Pekindən alınan məlumatlardan yararlanan tədqiqatçılar yeni metoddan istifadə edərək virusun görünüşünü yaradıb. Metod gələcəkdə bioloji məlumatların daha asan və daha sürətli təhlili üçün də istifadə ediləcək.

"Business Insider" portalında yayılan xəbərə görə, bir ildir dünyanı təsiri altına alan koronavirusun görüntüsü müxtəlif animasiyalar və kompüter tərəfindən yaradılan modellər idi. Ancaq indi alimlər ilk dəfə olaraq virusun real fotosunu çəkməyi bacarıb. Tədqiqatçılar bunun bir model olmadığını, yeni texnikalardan istifadə edərək yaradılan şok dondurulmuş nümunələrdən götürülmüş real SARS-CoV-2 virusunun 3D görüntüsü olduğunu bildirib.

Vyana Texniki Universitetinə aid olan "Nanographics" şirkəti şokla dondurulmuş nümunələrdən qüsursuz SARS-CoV-2 virus hissəciklərini çıxarıb krioelektron mikroskopundan keçirdikdən sonra rəqəmləşdiriblər. (publika.az)

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.