Maraqlı

Dad və qoxu itməsini aradan qaldırmaq üçün bunları etmək olmaz - Həkimdən TÖVSİYƏ

23 Yanvar 2021 20:55
Baxış: 1 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 xəstələrinin bir çoxu həm də qoxu və dad hissinin itməsindən şikayətlənir. Bəziləri isə koronavirusdan sağalsalar da, qoxu, dad hissinin bərpa olunmadığını və ya gec bərpa olunduğunu bildirirlər. Bu halda müxtəlif üsullara əl atılır.  

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, daha bir mütəxəssis bu barədə danışıb. Rusiyadan olan ali dərəcəli otorinolarinqoloq (LOR) Vladimir Zaytsev deyib ki, koronavirus infeksiyasına yoluxanlardan dad itkisini spirt, acika, xardal, istiot və digər qıcıqlandırıcı məhsullardan istifadə edərək aradan qaldırmağa çalışanlar var. Onun sözlərinə görə, bir çoxları kəskin iyi, dadı olan ədviyyatları, digər məhsulları (məsələn, limonu) dilin üzərinə qoymaqla buna nail olmağa çalışır. Həkim bildirib ki, onlar bununla yalnız selikli qişanı qıcıqlandırırlar, iltihab yaradırlar.

O, dad hissiyyatının sürətli bərpası üçün tam əksini etməyi tövsiyə edib. Həkim əslində dietə keçməyi, qıcıqlandırıcı yeməklərdən, ədviyyatlardan imtina etməyi məsləhət görüb. Mütəxəssis deyib ki, bu, selikli qişanın şişməsini aradan qaldırmağa kömək edəcək. Onun sözlərinə görə, bu halı aradan qaldırmağa antihistaminlər də kömək edə bilər.

Qoxu duyğusuna gəlincə, həkimlər bildirirlər ki, qoxunu ayırd etməyə cavabdeh olan reseptorların yerləşdiyi burunun həssas epiteli təbəqəsi öz-özünə bərpa olunur. Bu, sağalanların da qeyd etdiyi kimi, 2-3 ay çəkə bilər. Qeyd olunur ki, prosesi B qrup vitaminləri qəbul edərək sürətləndirmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.