Maraqlı

"13 yaşımda gündə 18 saat çalışırdım"

7 Yanvar 2021 18:25
Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Dubayda çoxsayda ət restoranları olan məşhur aşpaz Nüsrət Gökçə ötən gün FİFA Prezidenti Covani İnfantinonu restoranında qonaq edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, "saltbea" (duz səpmə) hərəkətilə məşhurlaşan Nüsrətin "ət şousu"na tamaşa edən Covani İnfantino türk aşpazı haqqında "O, bir əfsanə" ifadəsini işlədib.

Bu günlərinə böyük çətinliklərlə gəldiyini söyləyən Nüsrət Gökce: "Beş uşaqlı ailənin ikinci övladı olaraq dünyaya gəldim. 1994-1995-ci illərdə 13 yaşım olarkən, məktəbdən ayrılmaq məcburiyyətində qaldım. Maddi çətinliklərə görə qəssabda işə başladım. Hər gün 18 saat çalışırdım, atamdan 1 TL belə istəmədim. Hərçənd istəsəm də, verə bilməzdi. Çünki pulumuz yox idi. Çox çalışdım, çox işlədim və nəhayət, 2009-2010-cu illərdə 12 masa və 10 nəfər işçi ilə ilk restoranımı açdım. 2017-ci ildə isə 12 restoran və 1000 nəfər işçi ilə qarşınızda bir dünya markasına çevrildim", - Nüsrət Gökçənin həyat hekayəsi çoxlarına dərs ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.