Maraqlı

“Google Docs” proqramında təhlükəli boşluq aşkarlanıb

7 Yanvar 2021 20:10
Baxış: 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sreeram KL" təxəllüslü təhlükəsizlik üzrə tədqiqatçı "Google Docs" proqramı sənədlərində təhlükəli boşluq aşkarlayıb. Bu barədə tədqiqatçının "Geeky Cat" adlı bloqunda deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ekspertin sözlərinə görə, boşluq istifadəçilərə ekran görüntülərini avtomatik olaraq rəylərə və səhvlər haqqında hesabatlara əlavə etməyə imkan verən əks-əlaqə alətində mövcud olub. Haker tərəfindən ekran görüntülərinin "Google" serverlərinə göndərilməsi zamanı aşkarlanan boşluq məxfi sənədlərdəki şəkilləri asanlıqla ələ keçirə bilib.

"Sreeram KL" səhv barədə "Google" şirkətini məlumatlandırdıqdan sonra boşluq operativ şəkildə aradan qaldırılıb. Bundan başqa, şirkət tərəfindən təhlükəsizlik üzrə tədqiqatçıya mükafat qismində 3,1 milyon dollar ödənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.