Maraqlı

Qabaqcıl “Xiaomi Mi 11” smartfonu rəsmən təqdim edilib

2 Yanvar 2021 23:45
Baxış: 1 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xiaomi" şirkəti qabaqcıl "Mi 11" smartfonunu təqdim edib. Yenilik onlayn translyasiya edilən tədbirdə nümayiş etdirilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, telefon "QHD " təsvir ölçülü 6,81 düymlük AMOLED displeylə təchiz edilib. Şəklin yenilənmə tezliyi 120 hers təşkil edir. Ekran sonuncu nəsil "Gorilla Glass Victus" qoruyucu şüşəsi ilə örtülüb.

"Xiaomi Mi 11" aparatı "Qualcomm Snapdragon 888" platforması ilə təchiz edilmiş ilk smartfon olub. Smartfona 8 və ya 12 QB sürətli əməli yaddaş və 128/256 QB-lıq "UFS 3.1" daşıyıcısı quraşdırıla bilər. Bütün versiyalar "5G" texnologiyasını dəstəkləyir.

"Xiaomi"nin qabaqcıl modeli 108 mp-lik əsas kamera ilə təchiz edilib. Sensor optik sabitləşmə sisteminə malikdir. Həmçinin 13 mp-lik genişbucaqlı və 5 mp-lik makroobyektiv var.

"Mi 11" aparatı "Harman Kardon"un mütəxəssisləri tərəfindən tənzimlənmiş stereo cütlük, 55 vatlıq simli şarj, 50 vatlıq simsiz şarj və 4600 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

Smartfon artıq 2021-ci ilin yanvarında Çində satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.