Üç illik münasibətlərini ciddiləşdirmək qərarına gələn Hacı Sabancı və Nazlı Kayı cütlüyü nişanlanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, iş adamı sevgilisinə evlilik təklifi edərək, "hə" cavabını alıb.
Anası Arzu Sabancı Kayı ailəsinin Bursadakı evində gerçəkləşən nişandan sonra İnstaqramında paylaşım edib. Sabancı və Kayı cütlüyü bu dəfə nişandan ilk fotonu yayımlayıb. Onlar pandemiyadan sonra nikah masasına oturacaqlarını bildiriblər.
Milli.Az