Maraqlı

Vanqadan 2021-ci il PROQNOZU

26 Dekabr 2020 08:51
Baxış: 2 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hadisələri əvvəldən təxmin edərək tarixə damğa vuran öngörücü Vanqanın 2021-ci il üçün proqnozları diqqət çəkir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Vanqanın qeydlərinə görə, 2021-ci ildə dünyanı bir "əjdaha" ələ keçirəcək. Əjdahanın Çin mədəniyyətində əhəmiyyətli bir yeri olduğundan onun Çin olduğu təxmin edilir.

Daha əvvəl Donald Tramp, Vladimir Putin, Avropadakı epidemiya və Rusiyanın nüvə sualtı gəmisi haqqında söylədiyi öngörücülüyü ilə gündəmə gətirilən Vanqanın 2021-ci ildə xərçəngə son qoyacağı ilə bağlı proqnozu ürəklərə su səpib;

Xərçəng müalicəsi 2021-ci ildə tapılacaq və 2021-ci il bəşəriyyətin xərçəngdən xilas olduğu il olacaq.

Onun proqnozuna görə, 2021-ci ildə Avropa iqtisadiyyatında böyük bir azalma olacaq. Dini ekstremistlər Avropada kimyəvi hücumlar həyata keçirəcəklər.

O, eyni zamanda 2021-ci ildə dünyanı böyük fəlakətlərin də gözlədiyini deyib;

Neft hasilatı dayandırılacaq və torpaq istirahət mərhələsinə qədəm qoyacaq.

Nəhəng bir əjdaha dünyanı və insanlığı idarə edəcək.

Rusiya, Çin və Hindistan üç nəhəngdən ibarət bir birlik quracaq və öz valyutalarını formalaşdıracaqlar.

200 il ərzində insanlar yadplanetlilərlə ünsiyyət quracaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.