Maraqlı

Google, Türkiyədə Youtube'un ofisini açacaq

22 Dekabr 2020 22:45
Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

YouTube şirkəti Sosial Media Qanununa uyğun olaraq Türkiyədə ofis açmağa qərar verib.

Milli.Az techland.az-a istinadən bildirir ki, qərara riayət etmədiyi üçün daha əvvəl iki dəfə cərimələnən platformanın bu qərarı gözlənilən olub. Şirkət beşmərhələli sanksiyanın ilk ikisi üçün əvvəlcə 10 milyon, daha sonra isə 30 milyon Lirə cərimə ödəməli olub.

Şirkətdən verilən rəsmi açıqlamada isə bunlar qeyd edilib: "YouTube-da şəffaflıq, ifadə azadlığı və məlumat əldə etmək öhdəliyimizi qorumaqla, fəaliyyət göstərdiyimiz ölkələrin yerli qanunlarına riayət olunmasına diqqət yetiririk. Yeni müəssisə açmağın Türkiyədəki YouTube istifadəçiləri üçün vacib olduğunu bilirik. Bunun fərqində olduğumuz və prinsiplərimizə sadiq qaldığımız üçün yerli hüquqi şəxsin təyin edilməsinə qərar verdik. Artıq Türkiyədəki səlahiyyətlilərlə paylaşdığımız bu qərarı qəbul etməyimizdən məmnunuq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.