Maraqlı

Koronavirusdan sağaldıqdan sonra ən təhlükəli vaxt AÇIQLANDI

19 Dekabr 2020 18:18
Baxış: 2 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Michigan Universitetinin alimləri, xəstəxanadan çıxdıqdan sonra ilk yarım həftədə COVID-19 keçirən xəstələrin yenidən xəstəxanaya qaldırılma və ya ağırlaşmalardan ölmə riski olduğunu kəşf ediblər.

Milli.Az Lent.az-a istinadla bildirir ki, bu müddət koronavirusdan sağaldıqdan sonra ən təhlükəlidir.

Tədqiqatçılar xəstəxanaya yerləşdirilən 2200 koronavirus veteranı, eləcə də 1800 pnevmoniya və 3500 ürək-damar xəstəliyi ilə xəstəxanaya yerləşdirilən xəstələr haqqında məlumatları analiz edib.

İlk 10 gündə xəstəxanadan çıxarılan COVID-19 xəstələrində ürək çatışmazlığı və ya sətəlcəm ilə əlaqəli olmayan xəstələrdə ölüm riskinin 40-60 faiz daha yüksək olduğu ortaya çıxıb.

İlk iki ayda koronaviruslu pasiyentlərin 9 faizi ölüb, 20 faizi yenidən xəstəxanaya yerləşdirilib. Ancaq 60 gündən sonra bu risk digər iki xəstəliklə müqayisədə daha az olub.

Alimlər COVID-19-un digər xəstəliklərdə olduğu kimi ciddi bir sağlamlıq probleminə səbəb olduğunu söyləyirlər.

Xəstələrin yaşı əhəmiyyətli bir amildir: 70-80 yaşlıların təxminən yarısı xəstəxanadan çıxdıqdan sonra 60 gün ərzində ölüb. Xəstəxanaya yenidən qəbul edilən veteranların 22 faizidən çoxu reanimasiyada qalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.