Maraqlı

Qışda maskaların düzgün istifadə qaydaları açıqlanıb

19 Dekabr 2020 18:12
Baxış: 1 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qış fəslində birdəfəlik tibbi və təkrar istifadə oluna bilən maskalar, eləcə də respiratorlar istifadəyə uyğundur. Bununla belə, onlar isti mövsümdə olduğundan daha tez-tez dəyişdirilməlidir.

"Sputnik"in məlumatına görə, bu barədə rusiyalı ali dərəcəli həkim-terapevt, toksikoloq Aleksey Vodovozov qışda maskaların düzgün istifadə qaydaları barədə danışarkən bildirib.

Onun sözlərinə görə, maska ​​qardan islanıbsa, orada kondensant toplanıbsa, tibbi və ya təkrar istifadəyə yararlılığından asılı olmayaraq dəyişdirilməlidir.

"Qışda bu daha da aktuallaşır: bizim verdiyimiz nəfəs ətraf mühitdən daha isti olur, nəticədə maskanın üzərində buz və özünəməxsus sırsıra əmələ gələ bilər. Bu halda o, daha tez-tez dəyişdirilməlidir", - deyə Vodovozov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.